25 fevral 2014 20:00

Pyetro Qedin: Malta AÇ səviyyəsinə çatmayıb, Azərbaycan isə...

Malta yığmasını baş məşqçisi Pyetro Qedin azerisport.az saytının müxbirinə müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini bildirib:
- Püşkatmanın nəticələrini necə şərh edərdiniz?
- Hamı kimi. Çətin qrupumuz var. Norveç, Xorvatiya, Bolqarıstandan olan həmkarlarımla danışmağa artıq macal tapmışam. Onlar da eyni sözü dedilər. Bəlkə də bu, yaxşıdır.
- Nə üçün?
- Oyunlar maraqlı olacaq. Hər nəticə ola bilər. Bu, sürpriz olmaz. Güman ki, İtaliya yığması digərlərindən üstündür.
- Bəs Xorvatiya?
- Əslində qrupda bütün komandalar güclüdür. Mən İtaliya yığmasını ona görə fərqləndirdim ki, bu komanda istəmilən yarışda mübahisəsiz favoritidir.
- Azərbaycan yığmasına gəlincə?
- Bildiyiniz kimi, biz yoldaşlıq oyunu keçirmişdik və bu komanda haqda fikrim formalaşdı. Onlar yığcam oynayır və müdafiədən hücuma sürətlə keçirlər. Bir hücumçu yadımdadır, bizə iki qol vurdu (Rüfət Dadaşov - qeyd)
- Həmin oyunda Malta 3:0 hesabı darmadağın edildi. Bakıdakı oyunu nəticəsi qorxutmur?
- Bu, yoldaşlıq oyunu idi. Köklənmə və həvəs rəsmi oyunlardan fərqli idi. Bundan başqa, biz Bakıya təcrübi heyətlə gəlmişdik. O zaman məqsəd gənc oyunçuların və yaxın ehtiyatın yoxlanılması idi.
- Qrupda qarşınızda hansı məqsədlər qoyursunuz?
- Yaxşı oynamaq və bacardığımız qədər çox xal toplamaq.
- Məsələn?
- Ev oyunlarına ümid edəcəyik. Doğma divarlar arxasında yaxşı dəstəyimiz var.
- Malta ən çox xalı Azərbaycandan ala bilər?
- Vaxt göstərəcək. Ancaq kağız üzərində, bəli.
- Azərbaycanda üçüncü yer haqda danışırlar. Sizcə, bu, mümkündür?
- hər şey ola bilər. Deyim ki, Malta və Azərbaycan yığmalarına bu qrupda rəqabət aparmaq çətin olacaq. Arzu olunana çatmaq üçün çoxlu səy etmək lazımdır. Bu, həmişə kömək edir. Realist olsaq, Malta AÇ səviyyəsinə çatmayıb. Azərbaycan öz yolunu tutmalıdır. Mən bunu şərh edə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.