25 fevral 2014 19:22
Dördlər finalına akkreditasiya başladı
Martın 12-də, 15:00-da “Hilton” otelində təşkil olunacaq futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimində iştirak etmək istəyən KİV nümayəndələri akkreditasiya əldə etmək üçün martın 3-dək qeydiyyatdan keçməlidirlər. Azerisport.az zəruri şərtləri diqqətinizə çatdırır:
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı;
2. Təmsil etdiyi KİV;
3. Vəzifəsi;
4. 3x4 ölçüdə, elektron formatda şəkil;
2. Təmsil etdiyi KİV;
3. Vəzifəsi;
4. 3x4 ölçüdə, elektron formatda şəkil;
Yuxarıda göstərilənlər 3 mart saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Qeyd: AFFA-nın martın 7-də keçiriləcək Hesabat Konfransında iştirak etmək üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi üçün də qeydiyyatdan keçmiş hesab olunurlar.
(AFFA)
