25 fevral 2014 18:13
Rəvan AZAL-a qarşı oyuna hazırlaşır
Topaz Premyer Liqasının 24-cü turunda "Rəvan” AZAL komandasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da keçiriləcək qarşılaşma fevralın 28-də baş tutacaq.
Komanda bu oyunun hazırlıqlarına başlayıb. Bazar ertəsi Qəbələdə meydana çıxanlar üçün bərpaedici məşqlər olduğundan hazırlıq tam tərkibdə baş tutmamışdı. Bu gün isə komandanın bütün üzvləri bir araya gəlib. Baş məqşçi Güvənc Kurtar məşqi iki hissəyə bölüb. Əvvəlcə taktiki-texniki çalışmalarla yüklənən oyunçular sonda fiziki hazırlığa da vaxt ayırıb.
Qeyd edək ki, Hüseyn Axundov cəzasını başa vurduğundan AZAL ilə oyunda Kurtarın sərəncamında olacaq. Əvəzində İK tərəfindən 3 oyunluğa cəzalanan Lukaş Sapela şüvəlanlılarla matçda forma geyə bilməyəcək. Elə zədəsini sağaltmaqla məşğul olan Tyaqo Mirasema da çox güman oynaya bilməyəcək.
(Klub saytı)
