25 fevral 2014 18:00
Futbolçu qızlarımızdan Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram
AFFA-nın U-19 qızlar Liqasında fevralın 26-da, 12:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Binə" oyunundan əvvəl, Xocalı soyqırımı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq. Azerisport.az xəbər verir ki, komandalar meydana qara sarğı ilə çıxacaq.
(AFFA)
