25 fevral 2014 16:16
Foqts Mahir Şükürovdan imtina etdi
“Neftçi” PFK-nın 3 futbolçusu milli komandanın düşərgəsinə dəvət olunub. Azerisport.az xəbər verir ki, Rəşad Sadiqov, Araz Abdullayev və Elvin Yunuszadə yığma komandanın BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Mahir Şükürov isə yığmaya dəvət olunmayıb.
Milli komanda hazırlıq çərçivəsində 05.03.2014-cü il tarixdə Filippin yığması ilə yoxlama oyunu keçirəcək.
(Klub saytı)
