25 fevral 2014 16:11
Şəfada növbəti iclas
Bu gün "Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter" komandasının direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi heyəti və futbolçuları ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, əvəzedici heyətin son matçlarda nümayiş etdirdiyi oyunlarla bağlı fikirlərini bölüşən Natiq Məmmədov komandanın qarşısında dayanan məqsədə doğru inamla addımlamasının önəmli olduğunu vurğulayıb.
Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev komandanın hazırlığı barədə məlumat verdi və turnir cədvəlindəki mövqelərini qorumağa çalışacaqlarını bildirib.
Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev komandanın hazırlığı barədə məlumat verdi və turnir cədvəlindəki mövqelərini qorumağa çalışacaqlarını bildirib.
Görüşdə digər cari məsələlər də müzakirə olunub.
(Klub saytı)
