25 fevral 2014 16:00
Kazbek Tuayev: Rusiya əhvalında Azərbaycan yığması AÇ-2016-ya çıxacaq
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini bildirib:
- Püşkatmaya baxdınız?
- Bəli, hətta birbaşa efirdə qeydlər də edirdim. Birbaşa deyim: Əgər “B” (Bosniya və Herseqovina, Belçika, İsrail, Uels, Kipr, Andorra) və ya “E” qrupuna (İngiltərə, İsveçrə, Sloveniya, Estoniya, Litva, San-Marino) düşsəydik, biz rahatca üçüncü yer uğrunda mübarizə apara bilərdik. İndi hər şey çətin görünür.

- Berti Foqts da püşkatmanın nəticələrindən narazı qalıb.
- Mən onu başa düşürəm. Qrupumuz asan deyil.

- İndi nəyə ümid etməliyik?
- Oynamaq lazımdır. Artıq başqa qrupumuz olmayacaq. Hər halda şansımız var. Hazırlaşmaq lazımdır. Azərbaycan yığmasına daxili təkan lazımdır ki, komandamızı hərəkətə gətirsin. Çətin olacaq. Ancaq qrupdan çıxmaq tapşırığını qoymaq lazımdır. Çətin, ancaq mümkün tapşırıqdır. Çempionatımız yaxşıdır, Yığma oyunçularımız daimi tonusdadır və hər oyunda yaxşı oyun təcrübəsi qazanırlar.

- Siz artıq İtaliya və Xorvatiyaya müvafiq olaraq birinci, ikinci yerləri qiyabi surətdə vermisiniz?
- Hər iki komanda Braziliyada keçiriləcək qarşıdakı DÇ-də iştirak edəcəklər. Onların mundialdan sonraklı vəziyyəti hlə məlum deyil. Ola bilər ki, bizimlə oyun ərəfəsində bir o qədər köklənmiş olmasınlar. Baxmayaraq ki, hər iki komanda, sözsüz, güclüdür və qrupun favoritidir.

- Demək, üçüncü yer uğrunda Bolqarıstan və Norveçlə mübarizə aparacağıq?
- Bunlar, bizim əsas rəqiblərimizdir. Onlar favoritlərlə müqayisədə elə də güclü və nüfuzlu deyillər. Asan komandalar deyillər. Ancaq onlara qalib gəlmək olar.

- Yeri gəlmişkən, yarışa Bolqarıstan yığmasına qarşı ev oyunu ilə başlayırıq.
- Üç xal götürmək lazımdır. Əgər yaxşı başlanğıc götürsək, onda, gözəl olacaq. Təsnifatın birinci hissəsi çətin olacaq. İkinci hissədə e oyunlarımız çox olacaq.

- Azərbaycan yığmasının oyunçularının səviyyəsi qarşıya qoyulmuş məqsədləri həyata keçirməyə imkan verir?
- Biz komanda oyununa üstünlük veririk. Ayrıca götürülmüş futbolçular xüsusi əhəmiyyət daşımır. Bizim parlaq liderimiz yoxdur. Bizə hər oyunda sadəcə olaraq, Rusiya yığmasına qarşı oyunda kökləndiyimiz əhval-ruhiyyə lazımdır. “Rusiya ovqatı” ilə biz mütləq AÇ-2016-ya çıxacağıq.

- Bəlkə komandamızın mənfi xüsusiyyəti aşkar liderin yoxluğundadır ki, pis oyun təqdirində nəticə edə bilsin?
- Burada heç bir qorxulu şey yoxdur ki, bizim belə bir oyunçumuz yoxdur. Müasir futbolda belə komandalar az deyil. Biz komanda oyunu ilə güclüyük.