25 fevral 2014 13:44
U-17 yığmamız Xocalı qurbanlarını yad edəcək
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Bakı vaxtı ilə 19:00-da yoldaşlıq oyunu keçirəcək. Azerisport.az yığmamız Almaniyanın "Hauenstein" klubu ilə qarşılaşacaq.
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar yığmamızın üzvləri meydana qara sarğı ilə çıxacaq.
(AFFA)
