25 fevral 2014 13:33

İntizam Komitəsi I Divizionu cəza və cərimələr libasına bürüdü

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda I Divizionda baş vermiş neqativ hallara dair aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan I Divizionunun XVIII turunun “Energetik” – “Göyəzən” matçının 90+2-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XVIII “Şahdağ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XVIII “Bakılı” – “Lokomotiv” matçının 82-ci dəqiqəsində “Lokomotiv” klubunun 17 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Oyunun 90-cı dəqiqəsində “Lokomotiv” klubunun 6 №-li futbolçusu Səbayıl Bağırov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XVIII “Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 10 №-li futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XVIII MOİK – “Kəpəz” matçının 27-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Elmin Əlizadə ilə MOİK klubunun 16 №-li futbolçusu Azər Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 yunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XVIII “Ağsu” – “Araz Naxçıvan” matçının 90+3-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 4 №-li futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində meydançaya azarkeş  daxil olduğu üçün meydan sahibi klub 500 manat cərimə olunub.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.