25 fevral 2014 13:28
Əvəzedicilərin intizamsızlığı klublarını ziyana saldı
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda əvəzedici heyətlərin ölkə çempionatında baş vermiş neqativ hallara dair aşağıdakı qərarlar qəbul edilib:
Əvəzedici heyətlərin XXIII turunun “Qarabağ” – “Simurq” matçının 71 dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Elçin Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXIII turunun “İnter” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXIII turunun “Sumqayıt” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Rahil Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
(PFL)
