25 fevral 2014 13:11

Marat İzmaylov: Kimin ağlına gələrdi ki, Sumqayıt Neftçini məğlub etsin?!

“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov komandasının TPL-də çıxışı, öz oyunu, ölkəmizdəki həyatı haqda danışıb. Azerisport.az İzmaylovun fikirlərini diqqətinizə çatdırır:
- Demək olar ki, bir aydır “Qəbələ”dəsiniz. Azərbaycan çempionatında dörd oyun keçirmisiniz. İlk nəticələr çıxarmaq olar. Komandada nədən razı və narazısınız?
- Futbolçular üçün klubda yaradılmış məşq və yaşayış şəraitindən razıyam. Məgər bundan narazı qalmaq olar? Demək olmaz ki, nədənsə narazı və ya məyusam. Ancaq öz idman formamdan və oyunumdan bir qədər məyusam. Qalan şeylərdə problem yoxdur.
- Azərbaycana gələndə sizi nə təəcübləndirdi? Pis və yaxşı cəhərdən...
- Mən “Qəbələ” klubunun ətrafındakı ab-havaya, klub üçün yaradılmış şəraitə, klubun göstərdiyi futbolun səviyyəsinə xoş mənada təəccübləndim. Şəhərə çıxanda və ya paytaxta olanda nəyəsə təəccüblənməyə vaxtım olmadı. Üç həftədir ki, Azərbaycandayam. Ya məşqlərdə oluram ya da trenajor zalında. Bir ona təəccübləndim ki, Azərbaycan haqda məndə hər münasibətdə isti ölkə təsəvvürü vardı. Ancaq insanların isti münasibətini hər addımda duymaq olursa, hava ilə bunu demək olmaz. Hələlik kifayət qədər soyuqdur.
- Komandanın oyunundan razısınız?
- Komandada sabitlik çatmır. Son oyunlar bunu əyani göstərdi. Ancaq oyunçu seçimi və onlar üçün yaradılmış şərait öz bəhrəsini verməyə bilməz. Düşünürəm ki, ikinci yer “Qəbələ” üçün sərhəd deyil. Çempionuq uğrunda böyük həvəs var. İndi məqsədim, arzum, necə istəyirsiniz, adlandırın, Azərbaycan çempionu olmaqdır. Azərbaycan “qızılı”nı Rusiya, Portuqaliya çempionluqlarına qatıb, çempion het-triki etməkdir.
- Sizcə, “Qəbələ” Rusiya və ya Portuqaliya çempionatında çıxış etsəydi, neçənci olardı?
- Düşünürəm ki, klub möhkəm ortabablardan olardı. Hər iki ölkədə - Rusiya və Portuqaliyada çempionatın səviyyəsi təxminən eynidir.
- Sizcə, TPL-in 23-cü turu çərçivəsində “Rəvan”a qarşı keçirilmiş oyunda ən azı iki dəfə qol vurmağa borclu olan “Qəbələ” rəqibini qiymətləndirməmişdi?
- Belə hallar olur. Təəssüf ki, futbolda tez-tez autsayder gözlənilmədən favoriti məğlub edir. Kimin ağlına gələrdi ki, “Neftçi” elə bu turda “Sumqayıt”a məğlub olacaq?! Əsas odur ki, bizim əldən buraxdığımızı qaytarmaq vaxtımız var və bunu səmərəli istifadə etmək lazımdır.
- Siz hazırda Azərbaycan çempionatının ən tanınmış, titullu legionerisiniz. Azarkeşlər ən azı sizin Azərbaycanda nəyin cəlb etdiyini bilməlidir. Yuri Syominlə şəxsi münasibətlər və sualın maliyyə tərəfindən başqa...
- Məhz maliyyə tərəfi burada heç bir rol oynamır. Ancaq Yuri Pavloviçin şəxsi xahişinə minnətdaram ki, mən buradayam. Məni digər başqa ölkəyə çağırsa idi belə, mən onun ardınca gedərdim. Ona bir şəxsiyyət və mütəxəssis kimi hörmətim var. Həmçinin, o, dedi ki, bu klub çox iddialıdır və uğur qazanması üçün bütün şərait yaradılıb. Məhz bu da mənim burada olmağımın həlledici amilidir. Şəxsiyyət amili və komanda üçün yaradılmış şərait.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.