25 fevral 2014 01:00
Tarixi oyun üçün İtaliya və ya Xorvatiya?
Böyükşor qəsəbəsində Avropa Oyunları-2015 üçün nəzərdə tutulmuş Olimpiya stadionunun tikintisi davam edir. Azerisport.az xəbər verir ki, arenanın tutumunun 70 min nəfərə qədər olacağı yəqindir.
Stadion AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bir oyunu qəbul edəcək.
Bu oyunların sentyabr ayında Xorvatiya və ya oktyabr ayında İtaliya komandalarına qarşı keçiriləcək oyunlardan biri olacağı isə hələlik sual olaraq qalır.
Qeyd edək ki, həmin oyun stadionun ilk rəsmi oyunu kimi tarixə düşəcək.
