24 fevral 2014 12:17
Çezare Prandelli: Azərbaycan yığması sürətlə tərəqqi edir
İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli UEFA-nın rəsmi saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri ilə bağlı fikrini bildirib. Azerisport.az xəbər verir ki, Prandelli bunları söyləyib:
“Xorvatiya və Bolqarıstan potensial olaraq birinci pilləni tuta bilər. Malta ilə bu yaxınlarda qarşılaşmışıq (DÇ-nin təsnifat mərhələsində - red.) və bilirik ki, onlarla asan olmayacaq. Norveçin də yaxşı komandası var. Azərbaycanın özü də sürətlə tərəqqi edir. Düşünürəm ki, bizə asan qrup düşməyib. Əgər buradan çıxmaq istəyiriksə, təsnifata çox yaxşı hazırlaşmalıyıq”.
