24 fevral 2014 12:11
BFİ prezidenti: Azərbaycan beşinci qrupdan ən çətin rəqibdir
Bolqarıstan futbol ittifaqının (BFİ) prezidenti Borislav Mixaylov AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri ilə bağlı fikrini bildirib. Azerisport.az xəbər verir ki, Mixaylov Bolqarıstan KİV-nə bunları söyləyib:
“Yığmamız qarşısında məqsəd aydındır - AÇ-nin final mərhələsinə çıxmaq. Qrupumuz nisbətən bərabərdir. Köhnə tanışlar var. Həmçinin, sürprizlər bəxş edə biləcək komandalar da yer alıb. Bizə hətta ən aşağı səbətlərdə ən güclü yığmalar düşüb. Azərbaycan yığmasına Berti Foqtsun rəhbərlik etməsi amili də, bu ölkədə futbolun inkişafının ciddi niyyətlərindən xəbər verir. Norveç ənənəvi olaraq, xoşagəlməz rəqibdir. Onlar təmiz Skandinaviya futbolu oynayırlar. Mənim üçü AÇ-yə necə çıxmağımızın əhəmiyyəti yoxdur: bir şeyi bilirəm ki, ya ilk iki yerdən ya pley-off oyunlarından”.
