24 fevral 2014 00:04

Premyer Liqamızda sülh həftəsi

Topaz Premyer Liqasında 23-cü tur da geridə qaldı. Azerisport.az xəbər verir ki, futbol azarkeşləri bu turda maraqlı oyunların və nəticələrin şahidi oldular.

Turun açılış matçı olan "Qəbələ" - "Rəvan" qarşılaşmasının qonaqlar üçün həm uğurlu, həm də uğursuz keçdiyini demək olar. Güvənç Kurtarın yetirmələri üçün liderlik uğrunda mübarizə aparan Qəbələ təmsilçisindən bir xal almaq və matç ərzində 2 penalti dəf etmək uğurlu nəticə sayıla bilər. Lakin Bayıl təmsilçisinin qapıçısı Lukaş Sapelanın qırmızı vərəqə ilə oyundan kənarlaşdırılması komanda üçün ürəkaçan hal deyil. 54-cü dəqiqədə Orxan Lalayev və 72-ci dəqiqədə Boyan Markoviçin kobudluğundan təyin edilən penalti zərbələrini Lorenzo Ebesilio və Leonardo da Silva qola çevirə bilmədi. Son turlarda qeyri-sabit oyun göstərən "Qəbələ" 23 oyundan sonra 42 xalla turnir cədvəlinin 2-ci mövqeyində qərarlaşıb. "Rəvan"a gəldikdə isə səfərdən bir xalla qayıtması komandanın turnir cədvəlinin autsayderi olmaqdan xilas edə bilmədi. Aktivində 11 xal olan "Rəvan" 23 turdan sonra sonuncu pilləyə düşdü və "Sumqayıt"ın 1 xal gerisində qərarlaşıb.

Sumqayıtda keçirilən qarşılaşmada da sensasiya qeydə alındı. "Neftçi" səfərdən xalsız qayıtdı. Bir neçə aparıcı futbolçusu sarı vərəqə limitinin sərhəddində olduğundan Böyükağa Hacıyev start heyətində gəncləri meydana buraxmışdı. Lakin bu, Aqil Məmmədovun yetirmələrinə böyük üstünlük verdi. Belə ki, Mirzağa Hüseynpur 38 və 70-ci dəqiqlərdə vurduğu qollarla komandasına qələbə qazandırdı. "Sumqayıt" səfərindən xalsız dönən "Neftçi" ilk üçlüyün son nümayəndəsi "Bakı"nın bir xal gerisindədi. "Gənclik şəhəri" təmsilçisi isə qazanılan qələbə sayəsində autsayderlik pilləsindən xilas oldu.

Digər bir maraqlı qarşılaşma "Şəfa" stadionunda baş tutdu. "İnter" doğma meydanda "Bakı"nı sınağa çəkdi. Komandalar 90 dəqiqə ərzində hərəyə bir dəfə fərqləndi ki, bu qollar da ilk hissəyə təsadüf etdi. 12-ci dəqiqədə Aleksandr Soliçin qoluna 27-ci dəqiqədə Vaqif Cavadov qarşılıq verdi. Bakı derbisi bu hesabla da başa çatdı - 1:1. Beləliklə, səfərdə bir xal qazanan Milinko Pantiçin yetirmələri 3-cü pillədəki mövqeyini qorudu. "Bankirlər" isə 5-ci pillədə qaldı.

Növbəti qarşılaşma Şüvəlanda keçirildi. AZAL "Xəzər Lənkəran"ı qəbul etdi. Mustafa Dənizlinin komandası qonaq meydanda iki top fərqilə önə keçsə də, qələbəni əldən verdi. Vaqif Sadıqovun komandası oyunun sonlarında istəyinə nail oldu. Junior Nildo və Elnur Abdullayevin qollarına görüşün sonlarında öncə Nedo Turkoviç cavab verib. 91-ci dəqiqədə Aleksandr Şemonayev qırmızı vərəqə alaraq meydanı tərk etsə də, 94-cü dəqiqədə Slavik Alxasovun kobudluğu sayəsində təyin edilən penaltini Con Oluremi dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirdi. Nəticədə qarşılaşma 2:2 hesabı ilə də başa çatdı.

Bu matçla eyna saatda "Qarabağ" - "Simurq" qarşılaşması start götürdü. Çempionluğa iddialı digər klubların xal itirməsindən sonra aradakı fərqi artırmaq üçün şansı olan Ağdam klubu istəyinə nail olmadı. Georgi Çixaradzenin yetirmələri qapısından qol buraxmasa da, rəqib qapısına da yol tapa bilmədi. Mərkəzi arnedakı görüş qolsuz bərabərliklə də başa çatdı.

Topaz Premyer Liqası
23-cü tur

QƏBƏLƏ - RƏVAN - 0:0
İstifadə olunmamış penaltilər: Lorenzo Ebesilio, 55; Leonardo da Silva, 73.
Sarı vərəqələr: Leonardo da Silva, 56 (qeyri-idman hərəkəti); Elnur Allahverdiyev, 65 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 81 (hakimin qərarına etiraz); Ruslan Tağızadə, 87 (simulyasiya) - Mitya Moreç, 21 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Cəmşid Məhərrəmov, 42 (qeyri-idman hərəkəti); Orxan Lalayev, 54 (qeyri-idman hərəkəti); Julio Sezar, 70 (qeyri-idman hərəkəti); Boyan Markoviç, 72 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 74 (hakimin qərarına etiraz); Kamal Bayramov, 90+4 (oyunun bərpasını gecikdirdiyi üçün).
Qırmızı vərəqə: Lukaş Sapela, 74 (qeyri-etik jest).
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
23 fevral 2014. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.

Qəbələ: 1. Kamran Ağayev, 6. Vladimir Levin (k), 7. Marat İzmaylov (19. Abdulvahid Afolabi, 75), 8. Nizami Hacıyev (42. Leonardo da Silva, 46), 9. Viktor Mendi (11. Yannik Kamanan, 65), 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 3. Nikola Valentiç, 4. Amid Quluzadə, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k) (85. Kamal Bayramov, 75), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç (40. Mişel Balokoq, 75), 21. Novruz Məmmədov, 23. Boyan Markoviç, 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 71), 30. Cəmşid Məhərrəmov.
Ehtiyat oyunçular: 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 14. Xuan Manuel Varea, 24. Yamin Ağakərimzadə.
Baş məşqçi: Güvenc Kurtar.

AZAL - XƏZƏR LƏNKƏRAN - 2:2
Qollar: Nedo Turkoviç, 84, Con Oluremi, 90+5-pen. - Junior Nildo, 22, Elnur Abdullayev, 48.
Sarı vərəqələr: Qərib İbrahimov, 62 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 67 (qeyri-idman hərəkəti); 90+1 (qeyri-idman hərəkəti) // Tural Cəlilov, 61 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 90+4 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 90+1
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 4 dəq.
23 fevral 2014. Bakı. “AZAL Arena”. 2000 tamaşaçı.

AZAL: 1. Ruslan Məcidov, 4. Junior Aylton, 3. Aleksandr Şemonayev, 15. Oskar Klava, 31. Şəhriyar Rəhimov (10. Con Oluremi, 51), 18. Samuel Barlay (32. Laşa Kasradze, 9), 20. Branislav Arsenyeviç, 17. Viktor İqbekoyi (k), 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov (27. Rəşad Abdullayev, 65), 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 5. Murad Ağayev.
Baş məşqçi: Vaqif Sadıqov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara (11. Zohair Benuahi, 73), 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 20. Etame Mbilla (3. Vanderson Skarduelli, 46), 27. Manuel Skarlatake, 30. Elias Ribeyro (22. Deyvid Sakkoni, 84).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Deyan Blajevski, 9. Orxan Əliyev, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Mustafa Dənizli.

SUMQAYIT - NEFTÇİ - 2:0
Qollar: Mirzağa Hüseynpur, 38; 70.
Sarı vərəqələr: Samir Abasov, 48 (düzgün yerinə yetirilməyən sürüşmə fəndi); Ruslan Nəsirli, 55 (fitsən sonra topa zərbə); Nodar Məmmədov, 83 (oyunun bərpasını gecikdirdiyi üçün) - Elvin Bədəlov, 24 (rəqibi tutduğuna görə); İqor Mitreski, 84 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
23 fevral 2014. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1500 tamaşaçı.

Sumqayıt: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (8. Aqşin Muxtaroğlu, 79), 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədliyev, 7. Pərdis Fərcad-Azad, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 25. Fərid Kərimzadə, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
Neftçi:  30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 8. Elşən Abdullayev (9. Flavinyo, 46), 11. Melvin Platye (90. Ernest Nfor, 46), 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 28. Emin Mehdiyev (6. Rəşad Sadiqov, 46), 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.

İNTER - BAKI - 1:1
Qollar: Vaqif Cavadov, 27 - Aleksandar Soliç, 12.
Sarı vərəqələr: Yohan Bokonyano, 54 (qeyri-idman hərəkəti); Sezar Meza Kolli, 68 (qeyri-idman hərəkəti) Matija Spiçiç, 90+2 (qeyri-idman hərəkəti) - Alberto Noquera, 52 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 69 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
23 fevral 2014. Bakı. “Şəfa” stadionu. 500 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavço Georgiyevski, 9. Aleksandr İaşvili (19. Sezar Meza Kolli, 59), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (12. İvo Taborski, 85), 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (14. İlqar Ələkbərov, 66).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 11. Asif Məmmədov, 20. Brüs Abdulay, 27. Dieo Madriqal.
Baş məşqçi: Kaxaber Sxadadze.
Bakı: 1. Aqil Məmmədov (k), 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 31. Vüqar Mustafayev, 15. Alberto Noquera, 21. Elvin Məmmədov, 16. Xavyer Junior, 10. Aleksandar Soliç (17. Risto Ristoviç, 80), 27. Nurlan Novruzov (22. Namiq Ələsgərov, 55).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 24. Georgios Pelagias, 7. Əfran İsmayılov, 6. Vadim Abdullayev, 20. Tural Qürbətov.
Baş məşqçi: Milinko Pantiç.

QARABAĞ - SİMURQ - 0:0
Sarı vərəqələr: Maksim Medvedev, 45 (qeyri-idman hərəkəti) - Ruslan Poladov, 37 (qeyri-idman hərəkəti); Tural Axundov, 90+2 (simulyasiya).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
23 fevral 2014. Bakı. Tofiq Bəhramov adına Respbulika stadionu. 500 tamaşaçı.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 72), 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 65), 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (10. Muarem Muarem, 56).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 3. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako (30. Raul Kostin, 16), 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 68), 11. Draqan Çeran, 15. Stepan Polyak (9. Mindauqas Kalonas, 86), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 21. Murad Səttarlı, 22. Salif Ballo, 77. Nicat Qurbanov.
Baş məşqçi: George Çixradze.


 
1 Qarabağ 23 13 7 3 36 13 +23 46
2 Qəbələ 23 13 3 7 34 21 +13 42
3 Bakı 23 12 4 7 40 23 +17 40
4 Neftçi 23 11 6 6 34 27 +7 39
5 İnter 23 11 5 7 35 26 +9 38
6 XL 23 7 9 7 24 32 –8 30
7 Simurq 23 7 8 8 23 19 +4 29
8 AZAL 23 6 8 9 24 33 –9 26
9 Sumqayıt 23 2 6 15 16 42 –26 12
10 Rəvan 23 1 8 14 12 42 –30 11

Bombardirlər:
11 - Vaqif Cavadov (İnter).
10 - Daniel Subotiç (Qəbələ).
8 - Reynaldo (Qarabağ), Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).
7 - Mindauqas Kalonas (Bakı/Simurq), Leonardo da Silva (Qəbələ).
6 - Əfran İsmayılov (Bakı), Cavid Hüseynov (Bakı), Viktor İqbekoyi (AZAL), Draqan Çeran (Simurq), Çumbinyo (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.