24 fevral 2014 11:22
Berti Foqts: Azərbaycan yığmasından bir-iki sensasiya gözləyirəm
Millimizin baş məşqçisi Berti Foqts AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunlarda yığmamızın gözlənilməz nəticələrə imza ata biləcəyini bildirib. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“İtaliya və Xorvatiya qrupumuzun favoritidir. Ancaq biz böyük komandalara qarşı tədricən oynamağı öyrənirik. Ötən seçmə mərhələdə biz yalnız, bu il Braziliyada keçiriləcək DÇ-də iştirak edəcək Portuqaliya və Rusiya yığmalarına məğlub olduq. Əsası odur ki, biz rəqiblərə fiziki olaraq müqavimət göstərə bildik. Şəxsən mən Azərbaycan yığmasından bir-iki sensasiya ümid edirəm”.
(İtaliya KİV-i)
