24 fevral 2014 11:11

Niko Kovaç: Qoy Azərbaycan İtaliyanın kefinə soğan doğrasın

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın təsnifat mərhələsinin püşkatma mərasimindən sonra azerisport.az saytının müxbirinə müsahibə verib:
- Püşk haqda hansı təəssüratlarınız var?
- Mən püşkün nəticələrindən razıyam. Hesab edirəm ki, bizim iki favoritimiz var: İtaliya və Xorvatiya. Ancaq başqa komandalar da vəsiqə uğrunda mübarizə aparacaq. Bizim yaxşı səviyyəsi olan ciddi rəqiblərimiz var. Belə ki, mən istənilən nəticəyə hazıram.
- Xorvatiya yığması DÇ-dən sonra dəyişəcək?
- Dəyişikliklər həmişə baş verir. Ancaq bu suala indi cavab vermək çətindir. Hər halda, düşünürəm ki, bu, qaçılmazdır. Braziliyadakı nəticədən asılı olacaq. Mancukiç və Modriçdən çətin ki imtina edək (gülümsəyir). onların böyük potensialı var. Bu futbolçular Xorvatiya yığmasının liderləridir.
- Püşk ərəfəsində Azərbaycan yığması qrup üçüncülüyü uğrunda mübarizəni qarşısında məqsəd qoymuşdu. Bu haqda nə deyə bilərsiniz?
- Mən düşünürəm ki, Norveç, Bolqarıstan və Azərbaycan üçüncü yer uğrunda mübarizə aparacaqlar. Azərbaycana gəlincə, tam səmimiyyətlə, əminəm ki, bu komanda həqiqətən də güclüdür. Sizin komandanızın üçüncü yerə yaxşı şansları var. Bu, uğur kimi qiymətləndirilməlidir. Bununla belə, norveçlilər və bolqarlar yəqin ki, qrupda ikinci pillə haqda düşünürlər.
- Azərbaycan klubları “Xəzər Lənkəran” və “Neftçi” Zaqreb “Dinamo”su ilə qarşılaşıb...
- Təəccüblü deyil ki, mən nəticələri xatırlayıram. Belə ki, mən Xorvatiya futbolu ilə yaşayıram (gülür).
- Demək olar ki, hər təsnifat mərhələsində rəqiblərdən biri Bakıda büdrəyir. Qorxmursunuz ki, Xorvatiyanın növbəsi çatıb?
- (gülür və bir anlıq fasilədən sonra)... Azərbaycanın İtaliyanın kefinə soğan doğraması pis olmazdı. Mən ümumiyyətlə düşünürəm ki, bütün yığmalara Bakıda oynamaq çətin olacaq.
- Bəs Maltaya gəlincə?
- Bizim qrupumuz belədir ki, aşkar autsayder yoxdur. Malta ilə də ən azında, asan olmayacaq. Hesab edirəm ki, bizə altıncı səbətdən ən güclü yığma düşüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.