24 fevral 2014 20:33
Erat oynadı, Fortuna heç-heçə etdi
Almaniyada İkinci Bundesliqanın 22-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, gənclər millimizin yarımmüdafiəçisi Tuqrul Eratın komandası Düsseldorf “Fortuna”sı səfərdə “Bohum”la 0:0 hesablı heç-heçə oynayıb.
Erat 90 dəqiqə meydanda mübarizə aparıb.
Hazırda “Fortuna” 28 xalla yarış cədvəlində 13-cü pillədə qərarlaşıb.
