24 fevral 2014 18:11
İtaliya millimizi Turin, Palermo və ya Modenada qəbul edəcək
İFF (İtaliya futbol federasiyası) AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində bu ilin oktyabr ayının 10-da “skuadra adzurra”nın millimizə qarşı evdə keçirəcəyi ilk seçmə mərhələ oyununu qəbul edəcək stadionların namizədliyini nəzərdən keçirir. Azerisport.az xəbər verir ki, ilk olaraq, oyunun Neapolda keçiriləcəyi nəzərdə tutulsa da, “San-Paolo” stadionuna azarkeş axını İFF-i qane etməyib.
Xatırladaq ki, o zaman DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Ermənistan yığmasına qarşı oyuna 22 min azarkeş buyurmuşdu ki, bu da stadionun həcmi ilə (80 min nəfər) müqayisədə təzadlı rəqəmdir.
Buna görə də İFF digər üç variantı nəzərdən keçirir. Turində “Yuventus Steydium”, Palermoda “Renzo Barbera” və Modenada “Alberto Bralya” stadionları əsas namizədlər siyahısında yer alıb.
