24 fevral 2014 16:11

Cihan Özkara: Öz meydanımızda bütün rəqibləri, o cümlədən, İtaliya yığmasını da məğlub etmək lazımdır

Millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkara azerisport.az saytına müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri ilə bağlı fikrini bildirib:
- Püşkatmanı izləyirdiniz?
- Yox. Çünki bu zaman “Kasımpaşa”ya qarşı oyunumuz (2:6) vardı. Acı məğlubiyyətdir. Rəqib doqquz tur idi ki, qələbə qazana bilmirdi və birdən bizim üzərimizdə belə bir böyükhesablı qələbə qazandı. Məni 77-ci dəqiqədə meydana buraxdılar. Nəyisə dəyişmək artıq gec idi. Püşkatmanın nəticələri haqda oyundan dərhal sonra bildim.
- Sizcə, necədir?
- Düzü, bizim qrupda iştirakçi seçimi xoşuma gəldi. Məni bu yığmalar zərrəcə qorxutmur.
- Bilirsiniz ki, bunun xoşa gəldiyi ilk adamsınız?
(Gülümsəyir) Mən demirəm ki, asan qrupdur. Ancaq burada mübariəz maraqlı olacaq. Qrupumuzda aşkar zəif komandalar yoxdur. Asan qrupu heç gözləməyə dəyməzdi. Aşkar favoritimiz var - İtaliya yığması. Digər komandalar o biri yerlə uğrunda mübarizə aparacaq. Bu, kağız üzərində belə olacaq. Ola bilsin ki, italyanlar yarışda ümumiyyətlə, iflasa uğrasınlar. Heç kim onlara birinci pilləni zəmanət vermir.
- Biz nəyə ümid edə bilərik?
- Mən Azərbaycan yığmasına inanıram. Son təsnifat mərhələsi göstərdi ki, Biz qrupda üçüncü yer uğrunda mübarizə apara bilərik. Biz Rusiya, İsrail, Şimali İrlandiyadan xallar qoparmışdıq. Düşünürəm ki, bu qrupda da it-bat olmarıq.
- Bakıda ilk oyun Bolqarıstan yığmasına qarşıdır. Yaxşı başlanğıcdır?
- Bu, yaxşı variantdır və bizim təsnifat mərhələsinə yaxşı başlamaq şansımız var. Öz meydanımıza qələbəyə tamamilə ümid edə bilərik və bu nəticəyə oynayacağıq. Əgər qələbə ilə başlasaq, onda, hər şey yaxşı olacaq. Ümumiyyətlə, mən hesab edirəm ki, öz meydanımızda bütün komandaları məğlub etməliyik.
- Hətta İtaliya yığmasını?
- Nə üçün də yox? Bəli, italyanların heyətində Pirlo, Balotelli kimi ustalar var. Əgər biz müdafiədə uğurlu oynasaq, hər şey ola bilər. İtaliya o qədər də məğlubedilməz görünmür. Heç kim bizdən asanlıqla xal götürə bilməyəcək.
- Fərz edək ki, İtaliya və Xorvatiya yığmaları öz reytinqini təsdiqlədi və ilk iki yeri öz aralarında bölüşdülər. Biz üçüncü yer uğrunda Norveç və Bolqarıstan komandaları ilə mübarizə apara bilərik?
- Bu komandalar artıq bir neçə il əvvəl olduğu kimi deyillər. Elə biz özümüz də, hesab edirəm ki, güclənmişik. Bu mərhələyə Azərbaycanda çoxları, elə futbolçuların özləri kimi, böyük ümidlər bağlayıblar. İştirakçıların heyəti məlumdur. İndi hazırlaşmaq və ümidləri doğrultmaq lazımdır. Bu mərhələdə biz üçüncü pillədən aşağı yer tutmamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.