24 fevral 2014 14:44
Pirlo millimizə qarşı oynamaya bilər
İtaliya yığmasının və “Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo DÇ-2014-dən sonra yığma karyerasını bitirəcəyi haqda planlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Pirlo bunları söyləyib:
“Mənim 35 yaşım olacaq. Buna görə də başqalarına şans vermək düzgün olardı. Əlbəttə, mən lazım olaramsa, problem yoxdur.
Əgər artıq müəyyən şeyləri edə bilmədiyimi anlasam, kənara çəkilən ilk adam mən olacağam. İstəmirəm ki, məni komandaya elə-belə götürsünlər”.
(Sports.ru)
Xatırladaq ki, İtaliya yığması AÇ-2016-nın təsnifat mərhələsində millimizin rəqibidir.
