24 fevral 2014 14:11

Per-Matis Heqmo: Azərbaycan yığması ev oyunlarında xallar qoparacaq

Norveç yığmasının baş məşqçisi Per-Matis Heqmo AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri ilə bağlı azerisport.az saytının müxbirinin suallarını cavablandırıb:
- Qrup haqda nə deyə bilərsiniz?
- Qrup kifayət qədər çətindir. Bir aşkar favoritimiz var - Balotelli kimi hücumçusu olan İtaliya yığması (gülümsəyir). O, hamı üçün başağrısı olacaq. Hər bir rəqibə qol vursa, təəccüblənmərəm.
- Bəs sizin komandaya gəlincə?
- Bizim xaricdə çıxış edən 17 futbolçumuz var. Hamısı yüksək səviyyəli çempionatlarda çıxış etməsə də, bunsuz da pis deyil. Mən öz komandamda bir potensial görürəm.
- Qrupda digər rəqiblər ürəyinizcədir?
- Qeyd etmək istəyirəm ki, nəzərimcə, biz sizinlə ən güclü məclisdə yer almışıq. Xorvatiya millisi ikinci səbətin ən yaxşı komandasıdır. Bolqarıstan dördüncü. Azərbaycan yığması isə ev oyunlarında xallar qoparacaq.
- Gəlin, Azərbaycan yığması haqda ətraflı danışaq...
- Azərbaycan və Norveç yığmaları bir təsnifat mərhələsində oynayıblar. Ancaq qorxuram ki, hansı illərdə olduğunu xatırlamayım. O zaman biz iki dəfə qələbə qazanmışdıq. Bunun yenə baş verəcəyini demək, fakt deyil. Futbol elə bir şeydir ki, o heç yerdə durğun qalmır, o cümlədən, Azərbaycanda.
- Azərbaycanda qrup üçüncülüyünə ümid bəsləyirlər...
- Bunu demək mənə çətindir. Çünki mən sizin komandanı ancaq nəticələr əsasında tanıyıram. Əvvəlcə, komandanı öyrənmək lazımdır. Sonra isə nəticə çıxarmaq olar.
- Siz Azərbaycana uzun-uzadı səfərdən şikayətçi deyilsiniz?
- Qətiyyən! Bu, Norveç komandası üçün yeni təcrübə olacaq. Bundan başqa, hazırda dünyanın istənilən yerinə problemsiz çatmaq mümkündür (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.