24 fevral 2014 13:22
Nazir Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edəcək
Gənclər və İdman naziri Azad Rəhimov 25 Fevral 2014-cü il tarixində Şamaxı rayonunda Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan sakinləri qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbul Şamaxı Olimpiya Mərkəzində (Şamaxı şəhəri, Bakı- Qazax yolu, 48-ci məhəllə) 11.00-da başlayacaq.
(GİN Mətbuat xidməti)
