24 fevral 2014 13:00
Aleksandr Şoliç: Azərbaycan yoxsa Xorvatiyaya azarkeşlik edəcəyimi bilmirəm
Xorvat müdafiəçi Aleksandr Şoliç azerisport.az saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkünün nəticələri ilə bağlı fikrini bildirib. Azerisport.az xəbər verir ki, Şoliç bunları söyləyib:
“Bilmirəm bu oyunlarda hansı komandaya azarkeşlik edəcəyəm (gülümsəyir). Xorvatiya qalib gəlsə, öz ölkəm üçün şad olaram. Azərbaycan qazansa, elə beləcə də sevinərəm. Axı Azərbaycan da mənim üçün doğma ölkədir. Gör neçə ildir, burada yaşayıram”.
