23 fevral 2014 12:44

Şahin Diniyev: İspaniya, Almaniya, Portuqaliya kimi komandalarla eyni qrupa düşmək məsləhət deyil

Futbol üzrə millinin sabiq məşqçisi Şahin Diniyev azerisport.az saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsinin püşkatması barədə danışıb, millimiz üçün ən ideal püşkü açıqlayıb:

- Avro-2016-ının seçmə mərhələsinin püşkü atılacaq. Sizcə yığmamız üçün ən ideal seçim hansı olardı?
- Püşkü gözü kordur. Ona görə proqnozla danışmaq düzgün deyil. Üstəlik, nəzərə alsaq ki, Avropada zəif rəqib yoxdur. Nisbətən orta səviyyədə komandalar var. Bir neçə zəif yığmanı nəzərə almasaq hər qrupda bir-iki nəhəng komandanın yer alacağı dəqiqdir. 1-ci qrupdan ən yaxşı seçim Yunanıstan olardı. Əgər hər qrupdan normal rəqibləri seçiriksə, onda Azərbaycanın Yunanıstan, Macarıstan, Çernoqoriya, Estoniya, Cəbəllütariqlə düşməsini istərdim. Yaxşı seçimlərdi. Bu komandalarla oynamaq da olar, üstəlik nəticə qazanmaq da.

- Real götürsək qrupa bir-iki nəhəngin düşəcəyi gözlənilir. Hansı komanda ilə qarşılaşmamaq yaxşı olardı?
- Portuqaliya, İspaniya, Almaniya və belə yığmalarla eyni qrupa düşmək yaxşı deyil. Onlar qitənin top komandalarıdır. Heç bir rəqiblə görüşdə arxayınlaşmırlar. Bu mənada, onlardan xal almağımız çox çətindir. Əgər yaxşı nəticə qazanmaq istəyiriksə, belə rəqiblərə ümid etmək olmaz. 

- Yenidən Rusiya ilə eyni qrupa düşməyimiz yaxşı olardı?
- Rusiya yaxşı heyətə malikdir. Millimiz son illər bu komanda ilə 4 görüş keçirib. Müəyyən mənada rəqibi tanıyırıq və onlara qarşı yaxşı mübarizə sərgiləyirik. Rusiya ilə eyni qrupa düşməyimiz pis olmaz. Onlarla oynamaq mümkündür. Digər tərəfdən, Rusiyaya qarşı oyunda futbolçular xüsusi köklənmə ilə meydana çıxır. 

- Adətən seçmə mərhələnin təqviminin müəyyənləşməsi zamanı problem ortaya çıxır. İlk oyunları səfərdə oynamağımız yaxşıdır yoxsa doğma meydanda?
- Azərbaycan millisi üçün ilk oyunları evdə oynamaq yaxşı hal ola bilər. Çünki, ilk oyunlar hər zaman çətin olur. Üstəlik, hər komanda bu görüşlərə yüksək səviyyədə köklənir. Səfərdə oynamaq çətin olur. İmkan daxilində, birinci, ikinci və üçüncü səbətlərdəki rəqiblərlə görüşləri axıra saxlamaq lazımdır. Yəni, ilk turlardan onlarla oynamaq lazım deyil. Top komandalar çəkinmir, ilk oyundan böyükhesablı qələbələr qazanmağa çalışır. Psixoloji cəhətdən də həmin çətin oyunları sonrakı turlara saxlamaq münasibdir.

- Siz milli komandanın baş məşqçisi olanda təqvimin müzakirələrində iştirak etmisiniz. Həmin görüşlərdə müzakirələr necə keçir?
- Baş məşqçinin kimliyindən asılı olmayaraq Azərbaycan yığması müzakirələrdə öz istəyini diktə edə bilməz. Hər halda, biz heç bir top komandaya deyə bilmərik ki, ilk görüşü evdə oynayırıq və ya onlarla sonrakı turlarda oynamaq istəyirik. Hər komandanın nümayəndəsinin gücü yığmanın nəticələri ilə əlaqədardır. İspaniya, Almaniya kimi nəhəngə istədiyimiz təqvimi diktə etmək mümkün deyil. Adətən ilk olaraq hər baş məşqçi öz variantlarını deyir. Bəzən artıq müzakirələrdən əvvəl eyni gücdə olan rəqiblər görüşlərinin tarixini dəqiqləşdirir. Hamını razı salacaq təqvim tərtib etmək mümkün deyil. Daha nəhəng yığmaların istəyi nəzərə alınır.

- Yığmanın Avro-2016-ya vəsiqə qazanmaq şansı nə qədərdir?
- Bu suala cavab vermək istəmirəm. Hər zaman eyni vəziyyət alınır. Real vəziyyəti bilirik. Ona görə Avro-2016-dan danışmaq düzgün deyil. Bu gün yığma seçmə mərhələnin nəticələrinə əsasən Avropa Çempionatına vəsiqə qazana bilməz. Əlbəttə, final mərhələsində 24 komanda yarışacaq. Amma yenə də qrupda ilk pillələri tutacağımızı söyləmək, ya final mərhələsinə çıxacağımızı demək mümkün deyil. 

- Belə olanda yığma hansı nəticəyə nail ola bilər?
- Fikrimcə, Azərbaycan millisi müəyyən mənada oyununu yaxşılaşdırmağa davam etməlidir. Sabit heyət və oyun üçün çalışmalıdır. Nəticəyə gəldikdə, Avro-2016-də olacağımızı deyə bilmərəm. Yalnız xal sayını artırmaq mümkündür. Yeni seçmə mərhələdə bir qədər çox xal qazana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.