23 fevral 2014 00:16
Topaz Premyer Liqasında 23-cü tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun 5 görüşünün hamısı eyni gündə baş tutacaq.
Günün ilk qarşılaşması paytaxtdan kənarda oynanılacaq. "Qəbələ" doğma azarkeşlər önündə "Rəvan"ı qəbul edəcək. Yuri Syominin komandası ötən turda qazanılan AZAL (2:1) qələbəsindən sonra çempionluq iddiasını davam etdirdi. Bu oyuna tam heyətlə hazırlaşan Qəbələ təmsilçisi bu görüşdə favorit hesab edilir. Syominin yetirmələri lider "Qarabağ"la 4 xallıq fərqi azaltmaq üçün evdə mütləq qələbə qazanmalıdılar. "Rəvan" artıq cari mövsümdə 4-cü baş məşqçi ilə işləməsinə baxmayaraq, yenə də nəticə qazana bilmir. Güvənç Kurtarın başçılıq etdiyi komandanın yeni dövrədə yeganə uğuru "Sumqayıt" səfərindən bir xalla (1:1) dönməsidi. Qeyd edək ki, indiyədək heç-heçə etməyən rəqiblər 7-ci dəfə üz-üzə gələcək. Son 3 matçda qalib gələn “Qəbələ” ümumi balansda da üstünlüyə malikdi. “Rəvan” isə son iki görüşdə qol vura bilməyib. Üstəlik qəbələlilər paytaxt klubu ilə bütün oyunlarda qol sevinci yaşayıb.
Turun növbəti oyunu "Sumqayıt"da keçiriləcək. "Sumqayıt" doğma meydanda "Neftçi" ilə qarşılaşacaq. Son turlarda mübariz oyunu ilə seçilən "gənclik şəhəri" təmsilçisi yarımcan çempiondan xal almağa çalışacaq. Gənc və yerli futbolçulardan təşkil olunan Aqil Məmmədovun komandası bu görüşdə favorit sayılmasa da, qonaqlar da son turlarda uğurlu çıxış etmir. "Bakı" məğlubiyyəti, daha sonra "İnter"lə heç-heçənin Böyükağa Hacıyevin komandasına müsbət təsir etdiyini demək olmaz. Bu qarşılaşmada statistika da diqqət çəkir. Sumqayıtdakı oyunlarda 2-dən az qol vurmayan “Neftçi” “gənclik şəhəri” təmsilçisi ilə keçirdiyi 6 matçda üstünlüyə sahibdi. Bir məqam da var ki, "Sumqayıt"ın ev oyunlarında indiyədək heç-heçə olmayıb.
Hesabat turu daha bir paytaxt derbisi ilə yadda qalacaq. "Bakı" öz meydanında "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki komandanın son turlarda uğurlu çıxış etməsi bu qarşılaşmaya marağı artırır. Qış fasiləsindən sonrakı bütün oyunlarını qalib başa vuran Milinko Pantiçin yetirmələri bu görüşdən də 3 xalla ayrılacağı təqdirdə liderlə xal fərqini bir az da azaldacaq. "Bankirlər" isə derbidən qalib ayrılarsa, ən azı "zolaqlılar"ı qabaqlayacaq. Kaxaber Sxadadzenin komandası son 8 paytaxt derbisində meydanı məğlub tərk etməyib. Son 2 matçda hərəyə 1 xal qazanan tərəflər ümumilikdə 37-ci matça çıxacaq. Bu görüşlərdə “İnter” qələbə, “Bakı” isə top fərqində cüzi üstünlüyə malikdi.
AZAL "Xəzər Lənkəran"la üz-üzə gələcək. Uğursuzluq zolağından çıxa bilməyən "təyyarəçilər" Mustafa Dənizlinin gəlişindən sonra dirçələn "ağ-yaşıllar" qarşısında favorit hesab edilmir. Şüvəlan klubu qələbə sayəsində qonşusu "Simurq"la xallarını bərabərləşdirəcəksə, cənub təmsilçisi üçün 3 xal sadəcə, ən yaxın qonşusu "İnter"lə (37) fərqi azaldacaq. AZAL-la son 4 səfər oyunundan 3-də 3 xal qazanan “Xəzər Lənkəran” əvvəlki 22 qarşılaşmada böyük üstünlük qazanıb. Lakin cənublular son 5 görüşdə qapısından qol buraxıb.
Şüvəlandakı qarşılaşma ilə eyni vaxtda "Qarabağ" - "Simurq" oyunu da start götürəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya Zaqatala klubu itki ilə çıxacaq. Belə ki, Georgi Çixradze Usim Ndukanın xidmətindən yararlana bilməyəcək. Bu qarşılaşmanın favoriti isə meydan sahibləri hesab edilir. Qurban Qurbanovun yetirmələri bu görüşdən qələbə ilə ayrılarsa, birincilik mövqeyini gücləndirəcək. Zaqatala klubu isə səfər matçından qalib ayrılarsa, qonşusu "Xəzər Lənkəran"ı qabaqlayacaq. Təbii ki, bunun üçün "Xəzər Lənkəran"ın xal itiməsi lazımdı. Son 3 qarşılaşması qolsuz heç-heçə ilə nəticələnən komandalar 19-cu dəfə görüşəcək. Rəqiblər eyni sayda qələbə qazansa da, top fərqində “Simurq”un üstünlüyü var. Bundan başqa ağdamlılar 4 matçdı rəqib qapısına qol vura bilmir.
Topaz Premyer Liqası
23-cü tur
23 fevral (bazar)
13:00. Qəbələ – Rəvan
Hakimlər: Əsgərov Elvin, Əliyev Nahid, Əliyev İsgəndər, Əhmədov Tahir.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu.
15:00. Sumqayıt – Neftçi
Hakimlər: Cabbarov Rauf, Haşımov Mübariz, Həsənov Coşqun, Nağıyev Nail.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
16:00. İnter – Bakı
Hakimlər: Həsənov Rəhim, Musayev Vaqif, Acalov Elşən, Məmmədov Fərid.
Əlavə köməkçi hakimlər: Yunusov Alik, Məmmədov İnqilab.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "Şəfa" stadionu.
17:00. AZAL – Xəzər Lənkəran
Hakimlər: Ağayev Əliyar, Mahmudov Mehman, Məmmədov Rza, Məmmədov Mahir.
Əlavə köməkçi hakimlər: Paşayev Ömər, Əhmədov Ramil.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Şüvəlan. "AZAL Arena".
17:00. Qarabağ – Simurq
Hakimlər: Yusifov Fariz, Hüseynov Namiq, Yusifov Cavanşir, Nəsirov Ziya.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bombardirlər:
10 - Vaqif Cavadov (İnter), Daniel Subotiç (Qəbələ).
8 - Reynaldo (Qarabağ), Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).
7 - Mindauqas Kalonas (Bakı/Simurq), Leonardo da Silva (Qəbələ).
6 - Əfran İsmayılov (Bakı), Cavid Hüseynov (Bakı), Viktor İqbekoyi (AZAL), Draqan Çeran (Simurq), Çumbinyo (Qarabağ).

| 1 | Qarabağ | 22 | 13 | 6 | 3 | 36 | 13 | +23 | 45 |
| 2 | Qəbələ | 22 | 13 | 2 | 7 | 34 | 21 | +13 | 41 |
| 3 | Bakı | 22 | 12 | 3 | 7 | 39 | 22 | +17 | 39 |
| 4 | Neftçi | 22 | 11 | 6 | 5 | 34 | 25 | +9 | 39 |
| 5 | İnter | 22 | 11 | 4 | 7 | 34 | 25 | +9 | 37 |
| 6 | XL | 22 | 7 | 8 | 7 | 22 | 30 | –8 | 29 |
| 7 | Simurq | 22 | 7 | 7 | 8 | 23 | 19 | +4 | 28 |
| 8 | AZAL | 22 | 6 | 7 | 9 | 22 | 31 | –9 | 25 |
| 9 | Rəvan | 22 | 1 | 7 | 14 | 12 | 42 | –30 | 10 |
| 10 | Sumqayıt | 22 | 1 | 6 | 15 | 14 | 42 | –28 | 9 |