23 fevral 2014 12:28
Özkaranın komandası Beşiktaşı təqib edir
Bu gün Türkiyə Superliqasında 22-ci turun növbəti oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Kasımpaşa”a ilə üzləşəcək.
Hazırda “Sivasspor” 36 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Roberto Karlosun yetirmələrini üçlüyü qapayan “Beşiktaş”dan 6 xal ayırır.
