23 fevral 2014 11:11

Mahmud Qurbanov: XL qələbə qazana bilməyəcək, Bakı İnteri məğlub edəcək

Millimizin məşqçisi Mahmud Qurbanov azerisport.az saytına açıqlamasında TPL-in 23-cü turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını bölüşüb:
“Qəbələ” - “Rəvan”
Heyət baxımından, həmçinin iddialara gəlincə, “radarlar” rəqibdən üstündür. Yuri Syominin komandası çox yaxşı futbol göstərir. Beləliklə, “Qəbələ”nin qələbəsini təxmin edirəm.
“Sumqayıt” - “Neftçi”
mənim Sumqayıtdan olan komandaya daha çox hörməyim var. Əminəm ki, bu dəfə də kollektiv “Neftçi”yə qarşı mübarizə aparacaq. Ancaq bütün bunlara və “neftçilər”in heyətində itkilərə rəğmən, hesab edirəm ki, bakılılar qalib gələcəklər.
“İnter” - “Bakı”
Bu, maraqlı oyun olacaq. Ancaq, bəzi üstünlüklər Bakının tərəfindədir. Hər iki komanda bu il məğlub olmayıb. “Paytaxtlılar” nəinki məğlub olmayıb, hətta ümumiyyətlə xal itirməyiblər. Həmçinin, komandalar arasında yarış cədvəlində elə də böyük fərq yoxdur. Buna görə də hər iki komanda qələbəyə can atacaq. Ancaq mən hesab edirəm ki, üç xalı “Bakı” qazanacaq.
AZAL - “Xəzər Lənkəran”
“Təyyarəçilər” artıq neçənci oyundur ki, yaxşı oyun göstərməklərinə rəğmən, məğlub olurlar. “Xəzər Lənkəran” da son turda məğlub oldu. Özü də öz meydanında. Bu, psixoloji hazırlıq nöqteyi-nəzərindən pis təsir göstərə bilər. Düşünürəm ki, qonaqlar qalib gələ bilməyəcəklər. Heç-heçə olacaq.
“Qarabağ” - “Simurq”
Demək olar ki, oyin heç də sadə olmayacaq. Həm bu və həm də digər tərəf üçün. Ancaq mən şübhə edirəm ki, “Qarabağ” özünü məğlub etməyə imkan versin. Ağdamlılar qələbə qazanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.