23 fevral 2014 20:11
Mustafa Dənizli: Uşaq səhvlərindən 3 xalı itirdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli TPL-in 23-cü turu çərçivəsində keçirilmiş AZAL - “Xəzər Lənkəran” oyunu (2:2) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Mübarizə ilə bol olan oyun idi. Yaxşı oynadıq, qol imkanlarımız oldu, qalib gəlməli idik. Hesabda iki topla üstün idik, uşaq səhvlərindən 3 xalı itirdik. Yaxşı oynadığımızı düşünürəm, qalib gəlməli idik. Futbolçuların bəzən həvəskar davranışı olur. Qələbəni əldən verdiyimizə üzülürəm. Mbillanın həm ağzından, həm də ayağından zədələnməsi səbəbi ilə onu əvəzlədik”.
(PFL)
