23 fevral 2014 19:55
Özkara darmadağına üzüldü
Bu gün Türkiyə Superliqasında 22-ci turun növbəti oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Kasımpaşa”a ilə üzləşib.
Oyun meydan sahiblərini 6:2 hesablı qələbəsi ilə başa çatıb. Özkara 77-ci dəqiqədə hesab 5:2 rəqibin xeyrinə olarkən meydana çıxıb.
Hazırda “Sivasspor” 36 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
