23 fevral 2014 19:44
Giorgi Çixradze: Bərabərliyi yaxşı nəticə hesab edirəm
“Simurqun”un baş məşqçisi Giorgi Çixradze TPL-in 23-cü turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Simurq” oyunu (0:0) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Oyun maraqlı oldu. Qalib gələ də bilərdik, məğlub ola da bilərdik. Bir xal qazandıq. Bir neçə qol imkanından istifadə edə bilmədik. “Qarabağ”ın futbolçuları topla yaxşı rəftar edir, bir neçə təhlükəli qol epizodu yaratdılar. Bərabərliyi bizim üçün yaxşı nəticə hesab edirəm”.
(PFL)
