23 fevral 2014 18:13
Milinko Pantiç: İnter futbol oynamırdı
“Bakı”nın baş məşqçisi Milinko Pantiç TPL-in 23-cü turu çərçivəsində keçirilmiş “İnter” - “Bakı” oyunu (1:1) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Bundan sonra nə deyəcəyimi bilmirəm. Bu gün biz iki xal itirdik. Heyətdə bütün itkilərə rəğmən, qələbə üçün hər şey etdik. Beş aşkar qol anını qaçırdıq. Mahiyyətcə, rəqib qapımız ağzında bir təhlükəli vəziyyət yaratdı və bunu qiymətləndirdi. Bu, adama toxunur. “İnter”i bütün göstəricilərdə üstələdik. “İnter” futbol oynamırdı. Mənim oyunçularım qəhrəmandır”.
