23 fevral 2014 18:00
Çezare Prandelli: İtaliya yığmasına Bakıda İrəvandan asan olmayacaq
İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli azerisport.az saytına xüsusi müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini bildirib:
“Qrupumuz asan deyil. Əvvəlcə ona görə ki, iştirakçıların tərkibi bərabərdir”, deyə Prandelli sözə başlayıb.
- Komandanızı favorit hesab etmirsiniz?
- Bizdən başa daha bir komanda var ki, DÇ-də oynayacaq. Bu, Xorvatiyadır. Həmçinin, DÇ-dən sonra yığmamızda hansı dəyişikliklərin baş verəcəyi məlum deyil.

- Çox oyunçularınız karyerasını bitirə bilər?
- Bəli, bizim yaşılı futbolçularımız var. Həm də DÇ-dən sonra yığmanın baş məşqçisinin kimliyi məlum deyil ki, komandanı təsnifat mərhələsinə kim hazırlayacaq. Bütün bunlardan yalnız xorvatlar yararlanmayacaq.

- Daha kim?
- Norveç, Bolqarıstan, Azərbaycan.
- Norveç, Bolqarıstan, Azərbaycan.
- Yəni, siz Azərbaycan yığmasını qrupdan çıxmağa əsas namizədlərdən biri qismində görürsünüz?
- Bu komanda səs-küy qopara bilər. Bunu əbəs yerə demirəm, belə ki, yığmanız haqda az-çox bilirəm.

- Məsələn?
- Sizin yaxşı futbolçularınız var. Bundan başqa, indi İtaliya yığması Azərbaycan millisi ilə oyuna hazır deyil.

- Nə üçün?
- Çünki mən həmişə oynayacağımız bütün rəqibləri diqqətlə öyrənirəm. Hər oyunçunu, hər xətti, hər təfsilatı.

- Son təsnifat mərhələsində Ermənistan yığmasına qarşı oynamışdınız. Necə düşünürsünüz, Azərbaycan komandasına qarşı da belə çətin olacaq?
- Mən əminəm ki, Azərbaycan millisi Ermənistan yığmasından zəif deyil. Ən azı, İtaliya yığmasına Bakıda İrəvandan asan olmayacaq. Ümumiyyətlə, Qafqaz komandaları ilə oynamaq çətindir. Biz axı gürcülər də eyni qrupa düşmüşük. Qafqaz yığmaları çox özünəməxsusdur.