23 fevral 2014 17:40
Böyükağa Hacıyev: Günah məndədir, bir sıra səhvlərə yol verdim
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev TPL-in 23-cü turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Neftçi” oyunu (2:0) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“0:2 hesabı ilə məğlub olduq. Günah məndədir, bir sıra səhvlərə yol verdim. Rəqibin “Simurq”la oyununu analiz etmişdim, “Neftçi”yə qarşı komandalar başqa cür köklənir. İrəlidə “Qarabağ”a qarşı keçiriəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik”.
(PFL)
