23 fevral 2014 17:33
Aqil Məmmədov: Komandaya və azarkeşlərə təşəkkür edirəm
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov TPL-in 23-cü turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Neftçi” oyunu (2:0) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Maraqlı oyun oldu. Komandaya və azarkeşlərə təşəkkür edirəm. Özüm də “Neftçi”də oynamışam, komandaya hörmətim var. Bu oyunda qələbə qazanmaq vacib idi. Çətin olacağını bilirdik, lakin qalib gələ bildik”.
(PFL)
