23 fevral 2014 17:31
Pyetro Qedin: Malta və Azərbaycan yığmaları üçün bu qrupda mübarizə çətin olacaq
Malta yığmasının baş məşqçisi Pyetro Qedin azerisport.az saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini açıqlayıb:
“Biz artıq keçən il Azərbaycan yığmasına qarşı oynamışıq və böyük hesabla məğlub olmuşuq (0:3). İndi isə əsas heyətlə oynayacağıq. Axı o zaman təcrübə keçirdik. İndi h=daha ciddidir: qrupumuz güclüdür. Həm bizim və həm də və Azərbaycan yığması üçün bu qrupda mübarizə çətin olacaq”.
