23 fevral 2014 17:22
Lyuboslav Penev: Azərbaycan yığması 2-3-cü yerlər uğrunda mübarizə apara bilər
Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev azerisport.az saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini açıqlayıb:
“Bizə asan olmayan, ancaq kifayət qədər bərabər qrup düşüb. Burada aşkar favorit və autsayderlər haqda danışmaq olmaz. Güman ki, əsas favorit İtaliya yığmasıdır. Azərbaycan millisinə qarşı hər bir komanda üçün asan olmayacaq. Ancaq biz AÇ-2016-ya düşmək istəyirik və bunun çün bizə hər rəqibi məğlub etmək lazımdır. Düşünürəm ki, İtaliya millisindən başqa, hamı 2-3-cü yerlər uğrunda mübarizə aparacaq”.
