23 fevral 2014 17:11
Per-Matias Heqmo: Azərbaycan yığmasına qarşı oyunlar Norveç yığması üçün böyük təcrübə olacaq
Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmo azerisport.az saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini açıqlayıb:
“Azərbaycan yığması haqda yalnız söz-söhbətlərdən eşitməmişəm. Son “seçmədə” heç də pis nəticələr göstərməyiblər. Nə vaxtsa biz sinin yığmaya qarşı bir qrupda oynamışıq. Düzü, hansı ildə olduğunu xatırlamıram. Azərbaycan yığmasına qarşı oyunlar Norveç yığması üçün böyük təcrübə olacaq”.
