23 fevral 2014 17:00
Çezare Prandelli: Azərbaycan yığmasının hər oyunçusunu öyrənəcəyik
İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli azerisport.az saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini açıqlayıb:
“Azərbaycan yığması haqda əsas məlumatı Braziliya keçiriləcək DÇ-dən sonra toplamağa başlayacağıq. Ancaq indidən deyə bilərəm ki, komandanızda çoxlu yaşı oyunlular cəmləşib.
Əminəm ki, Azərbaycanın güclü yığması var. Hər halda, məşqçiniz adlı-sanlıdır. Sizinlə oyunda altı xal qazanmaq üçün, bizə sizin komandanın hər bir oyunçusunu öyrənmək lazımdır ki, bununla bilavasitə oyunlar qabağı məşğul olacağıq”.
