23 fevral 2014 16:44
Berti Foqts: Mən püşkatmanın nəticələrindən narazıyam
Millimizin baş məşqçisi Berti Foqts azerisport.az saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini açıqlayıb:
“Mən püşkatmanın nəticələrindən narazıyam. Bizə çox güclü komandalar düşüb. İtaliya nəhəngdir. Xorvatiya və Norveç səbətinin ən güclüləridir. Bolqarıstan həmişə iddialıdır. Biz onlara qarşı yaxşı futbol göstərməyə çalışacağıq”.
