23 fevral 2014 16:33
Niko Kovaç: Azərbaycan üçüncü yer uğrunda mübarizə aparacaq
Xorvatiya yığmasının futbolçusu Niko Kovaç AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Kovaç bunları söyləyib:
“Mən püşkatmanın nəticələrindən razıyam. Biz və italyanlar qrupun favoritiyik. Bolqarıstan, Norveç, Azərbaycan və Malta isə üçüncülük uğrunda mübarizə aparacaqlar. Qrupdakı mübarizəyə nikbinliklə baxıram”.
