23 fevral 2014 01:18
Simurq Qarabağla matça hazırdı
Topaz Premyer Liqasının 23-cü turunda "Simurq" "Qarabağ"ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu səbəbdən paytaxtda gələn Zaqatala klubu ötən gün qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxıb.
Bir saata yaxın davam edən hazırlıq prosessində məşqçilər korpusu yetirmələrini çox yormayıb. İsinmə hərəkətlərindən sonra toplu çalışmalara başlanılıb. Üç qrupa bölünərək "kvadrat" oynadıqdan sonra ikitərəfli oyun və cinahlardan asmaların qapanması ilə hazırlıq tamamlanıb.