23 fevral 2014 16:11
Zohair Benuahi: AZAL - Xəzər Lənkəran oyununda favorit yoxdur
“Xəzər Lənkəran”ın futbolçusu Zohair Benuahi azerisport.az saytına açıqlamasında TPL-in 23-cü turu çərçivəsində AZAL qarşı keçiriləcək oyundan danışıb:
"Bu komanda çempionata yaxşı başlamışdı. Lakin sonra bir qədər uğursuzluq oldu. Bununla yanaşı, komanda hər oyuna maksimum hazırlaşır. “Xəzər Lənkəran” üçün Şüvəlanda oynamaq çətin olacaq. AZAL doğma meydanda həmişə yaxşı oynayır. Son turda məğlub olmaqları onları bizimlə oyuna daha ciddi hazlrlaşmağa məcbur edəcək. Düşünürəm ki, bu oyunda favorit yoxdur. Komandaya 3 xal lazımdır. Mütləq qələbə qazanmalıyıq. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq".
