23 fevral 2014 16:05
Güvənc Kurtar: Hakim insandır, səhv edə bilər
“Rəvan”nın baş məşqçisi Güvənc Kurtar TPL-in 23-cü turu çərçivəsində keçirilmiş “Qəbələ” - “Rəvan” oyunu (0:0) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
”Qəbələ” Premyer Liqanın güclü komandalarından biridir. İlk hissədə yaxşı oynadıq. Hissənin sonunda hakim rəqibi 100 faizlik penalti ilə cəzalandırmalı idi. Hakim də insandır, səhv edə bilər. Artıq 10 nəfərlə oynamağa alışdıq”.
(PFL)
