23 fevral 2014 14:44
Edvin van der Sar: Platyenin Azərbaycanda oynadığını bilmirdim
Hollandiya millisinin sabiq qapıçısı, “Ayaks”, “Mançester Yunayted” və “Yuventus”un şərəfini qorumuş məşhur Edvin van der Sar azerisport.az saytına müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatması haqda fikirlərini bölüşüb:
- Hazırda siz Hollandiya mətbuatı üçün futbol təhlilçisi işləyirsiniz. Püşkatmadan nə gözləyirsiniz?
- Hollandiya düşdüyü istənilən qrupun favoritidir. Əminəm ki, komandamız təsnifat mərhələsinin istənilən qrupunda mübarizə aparmaq gücündədir.

- Azərbaycan yığması ilə qarşılaşmaq istəməzdiniz?
- Bu, maraqlı təcrübə olardı. Bu ölkədə futbolun necə inkişaf etdiyini görmək istərdim. Təəssüf ki, Azərbaycan yığması haqda xüsusi məlumatım yoxdur. Biz heç zaman təsnifat mərhələlərində qarşılaşmamışıq. Məhz buna görə də sizin yığmanın səviyyəsi haqda mühakimə yürüdə bilmərəm.

- Ancaq Azərbaycan çempionatında çıxış edən yerlilərinizdən də bu məlumatı həmişə ala bilmirsiniz.
- Məgər onlar var?
- Məgər onlar var?
- Bəli. Melvin Platye, Leroy Corc, Lorenzo Ebesilio...
- Melvini tanıyıram. Bilmirdim ki, o, Azərbaycanda çıxış edir. Belə ki, onun karyerası ilə diqqətlə maraqlanmıram. Amma, burada təəccüblü heç nə görmürəm. Hazırda dünya futbolunda dünyəviləşmə gedir. Hamı müxtəlif yerlədə oynayır. Demək, Azərbaycanda futbol oyunu üçün zəruri şərait yaradılıb.