23 fevral 2014 14:22
Fatih Terim: Bir daha Bakıya gəlmək istərdim
Türkiyə millisinin baş məşqçisi Fatih Terim AÇ-2016-nın təsnifat mərhələsinin püşkatması haqda fikirlərini azerisport.az saytına bölüşüb:
“Bura yaxşı ovqatda gəlmişik. Ümid edirəm ki, püşkatma bizi məyus etməyəcək. Azərbaycan yığmasına qarşı oynamaq istəyirəmmi? Əlbəttə. Biz bir millətik. Bir neçə dəfə Bakıda oynamışam. Bu oyunlar həmişə qardaşlıq, dostluq ab-havasında keçib. Ora bir daha gəlmək istərdim”.
