23 fevral 2014 00:55
Bu gün AÇ-2016-nın seçmə mərhələsinin püşkü atılır
Bu gün Fransanın Nis şəhərində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milisi də bu mərhələdə qarşılaşacağı rəqiblərini tanıyacaq.
Qeyd edək ki, Bakı vaxtı ilə 15:00-da başlayacaq mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov və yığmamızın baş məşqçisi Berti Foqts da iştirak edəcək.
Püşkatma zamanı bir neçə amil əsas götürüləcək. Bir sıra ölkələr arasında siyasi münasibətlərlə yanaşı növbəti amillərə də diqqət yetiriləcək:
- Heç bir komanda evdə ardıcıl iki oyun keçirə bilməz;
- Hər bir komanda təsnifata evdə yaxud səfərdə oyunla (və ya əksinə) başlayacaq və bitirəcək;
- Soyuq qış ölkələrinin yığmaları noyabr və mart aylarında keçirəcəyi qarşılaşmaları səfərdə keçirəcəklər;
- Hər qrupda qışı soyuq keçən ölkələrdən üç yığma olacaq. Bu ölkələr iki kateqoriyaya bölünüb: çox soyuq qışın müşahidə edildiyi ölkələr (Finlandiya, Farer adaları, Norveç və Rusiya) və soyuq qış müşahidə edilən ölkələr (Andorra, Belarus, Estoniya, Litva, Latviya, İsveç və Ukrayna);
- Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllütariq, Rusiya və Gürcüstan yığmaları siyasi səbəblərdən müxtəlif qruplarda yer alacaq;
- İngiltərə, İspaniya, Almaniya, İtaliya və Niderland televiziya hüquqlarının təqsimi ilə əlaqədar altı komanda olan qruplarda yer alacaq.
Yekunda hər biri 6 komandadan ibarət 8 qrup yaradılacaq. Daha bir qrup isə 5 komandadan ibarət olacaq.
Səbətlərin tərkibi:
1-ci səbət: İspaniya, Almaniya, Niderland, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina;
2-ci səbət: Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya;
3-ci səbət: Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa;
4-ci səbət: Monteneqro, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus;
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr;
6-ci səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San-Marino, Cəbəllütariq.
Seçmə oyunların keçirilmə vaxtı:
1-ci tur: 7/8/9 sentyabr 2014
2-ci tur: 9/10/11 oktyabr 2014
3-cü tur: 12/13/14 oktyabr 2014
4-cü tur: 14/15/16 noyabr 2014
5-ci tur: 27/28/29 mart 2015
6-cı tur: 12/13/14 iyun 2015
7-ci tur: 3/4/5 sentyabr 2015
8-ci tur: 6/7/8 sentyabr 2015
9-cu tur: 8/9/10 oktyabr 2015
10-cu tur: 11/12/13 oktyabr 2015
Doqquz qrup qalibi və qrup ikincisi, o cümlədən ən yaxşı nəticəni göstərmiş qrup üçüncüsü final mərhələsinə birbaşa vəsiqə əldə edəcək. Digər üçüncü yer sahibləri isə yarışa qatılmaq üçün pley-off oyunlarında gücünü sınayacaq.
Pley-off oyunlarının keçirilmə vaxtı:
İlk oyunlar: 12/13/14 noyabr 2015
Cavab oyunları: 15/16/17 noyabr 2015
Sonda onu da xatırladaq ki, bu Avropa çempionatı ilk dəfə olaraq 24 komandanın iştirakı ilə keçiriləcək. Fransa ev sahibi kimi turnirə birbaşa vəsiqəni təmin edib. Final mərhələsinə qatılmaq üçün 53 milli komanda təsnifat mərhələsində mübarizə aparacaq. Qitə birinciliyinin final mərhələsinin 10 iyun-10 iyul aralığında keçirilməsi nəzərdə tutulub.