23 fevral 2014 13:44
Paulu Bentu: Azərbaycanda Marat İzmaylovun işləri necə gedir?
Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu keçmiş futbolçusu Marat İzmaylovu unutmayıb. Azerisport.az xəbər verir ki, AÇ-nin püşkatması ərəfəsində Bentu “Sovetskiy Sport” nəşrinin jurnalistinə sorğu ilə müraciət edib:
“Orada Azərbaycanda Marat İzmaylovun işləri necə gedir?”
“Sportinq”də özünün ən yaxşı vaxtlarını “Qəbələ”nin futbolçusu məhz Bentunun rəhbərliyi altında keçirib. O zaman İzmaylov 2007-2008-ci illər mövsümünün yekunlarına əsasən, ən yaxşı legioner beşliyinə daxil edilmişdi.
