23 fevral 2014 01:23

Erik Hamren: Qarabağı unutmamışam və unutmaram da!

İsveç yığmasının baş məşqçisi Erik Hamren AÇ-2016-nın təsnifat mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi Fransanın Nis şəhərinə uçuş edərkən, təyyarədə azerisport.az saytının müxbirinə kiçik müsahibə verib:
- Qrupunuzda hansı komandaları görmək istərdiniz?
- Bu, çox mürəkkəb sualdır. Çox düşünmək lazımdır... Qoy bizə asan komandalar düşsün (gülümsəyir).
- Azərbaycan yığması?
- Ancaq mənim üçün yox. Sizin layiqli komandanız var. Axı biz Avropa haqda danışırıq. Həmçinin, Azərbaycana səfər İsveç yığması üçün usandırıcıdır.
- AÇ-nin final mərhələsinin iştirakçılarının sayı 24-ə artırıldı. Yəqin, bu, İsveç üçün yaxşıdır?
- Nəzəri cəhətdən, bəli. Bununla belə, bir çox komandaların final mərhələsinə çıxmaq iştahası açılıb. Əminəm ki, bizim kimi, Azərbaycan yığması da belə planlar qurur. Heç kimə asan olmayacaq.
- Azərbaycan final mərhələsinə düşə bilər?
- Düşünürəm ki, yeni qaydalara əsasən, bu, mümkündür.
- Berti Foqtsun komandası ilə bir qrupa düşmək istərdiniz?
- Bu, maraqlı olardı. Ancaq düşünürəm ki, Azərbaycan öz səbətinin ən güclü yığmalarından biridir. Digər tərəfdən, yöndəmsiz rəqibdir. Belə ki, İsveçdən uzaqda yerləşir. Uzun uçuşlar həmişə əlavə çətinliklər yaradır. Bu, asan deyil.
- Azərbaycan futbolu haqda İsveçdə nə bilirlər?
- Təsnifat mərhələsinin nəticələrinə əsasən mühakimə edə bilirlər, ancaq əsaslı məlumatları yoxdur. Ancaq əgər bir qrupa düşsək, Azərbaycan haqda hər şeyi biləcəyəm.
- Azərbaycandan bir klubu yəqin ki, xatırlayırsınız?
- Bəs necə! “Rusenborq”la “Qarabağ”ın oyunlarını yaxşı xatırlayıram. Təəssüf ki, o dövr mənim üçün çətin vaxtlar idi. Biz qarşımızda belə bir komandanı görməyi gözləmirdik. Tronxeymdə qalib gələ bilmədik. Baxmayaraq ki, qələbə qazanacağımızı düşünürdük.  Biz güclü müdafiə ilə üzləşdik. “Qarabağ” müdafiədə əla oynadı... 
- ...və fantastik qol vurdu.
- O qol sizin üçün fantastik idi. Bizə çox acı idi. Ancaq digər tərəfdən bu, bütün stadionu şadlandırdı. “Qarabağ”dan alınmış məğlubiyyət bizim üçün xoşagəlməz sürpriz oldu.
- Oyundan sonra Bakıdakı mətbuat konfransında siz dediniz ki, “Qarabağ”ı heç zaman unutmayacaqsınız.
- Bəli, bu həqiqətdir. Bu, belədir ki, var. Unutmamışam və unutmaram da! Məsələ ondadır ki, Bakıdakı stadionda fantastik ab-hava hökm sürürdü. Güclü təpgi hiss edirdik. Bizim oyunumuz Ağdamın işğalı günü baş tutmuşdu və əlbəttə, Azərbaycan üçün bu, xüsusi bir gün idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.