22 fevral 2014 11:40
AFFA İK-dan əvəzedicilər arasında intizamsızlığa sərt münasibət
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda əvəzedici heyətlərin çempionatında baş vermiş neqativ hallarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Əvəzedici heyətlərin XXII turunun “Simurq” - “Sumqayıt” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXII turunun AZAL - “Qəbələ” matçının 53-cü dəqiqəsində AZAL klubunun 25 №-li futbolçusu Adil Nağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Oyunun 61-ci dəqiqəsində AZAL klubunun 20 №-li futbolçusu Ramil Rəhimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Qəbələ” klubunun 93 №-li futbolçusu Fərid Səmədzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
(PFL)
